Vlahoviç millinin düşərgəsindən ayrıldı
Serbiya millisində ciddi itki baş verib. “Yuventus”un futbolçusu Duşan Vlahoviç yığmanın düşərgəsindən ayrılıb.
Buna səbəb 22 yaşlı hücumçunun zədələnməsidir. Müayinədən sonra onun qarşıdakı həftə ərzində meydana çıxmayacağı dəqiqləşib. Vlahoviç Macarıstan və Danimarka ilə yoldaşlıq oyunlarını buraxacaq.
Qeyd edək ki, Serbiya millisi martın 24-ü Macarıstan, 29-u isə Danimarka ilə üz-üzə gələcək.