Vlahoviç “Milan” yolunda
Duşan Vlahoviç komandasını dəyişə bilər. Serbiyalı futbolçu ilə “Milan” yaxından maraqlanır.
“Rossonyerilər” artıq oyunçunun agenti ilə görüşüblər.
Klubun idman direktoru İqli Tare şəxsən Vlahoviçlə müqavilə imzalamaqda maraqlıdır.
Qeyd edək ki, Duşan Vlahoviç bu mövsüm 17 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Hücumçunun “Yuventus” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.













