Vlahoviç “Liverpul”un hədəfində
“Liverpul” heyətini gücləndirmək niyyətindədir. Klub Duşan Vlahoviçlə maraqlanır.
Mersisaydlılar İtaliya təmsilçisi “Yuventus”da çıxış edən 25 yaşlı hücumçunu hazırda zədəli olan Aleksandr İsakın əvəzləyicisi kimi heyətinə qatmağı planlaşdırır.
Vlahoviçin “qoca sinyora” ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.













