Vlahoviç İngiltərənin bir addımlığında

Vlahoviç İngiltərənin bir addımlığında

Serbiyalı hücumçu Duşan Vlahoviç İngiltərəyə köçməyə hazırlaşır. İtaliyada “Yuventus” klubunun şərəfini qoruyan 23 yaşlı forvard “Çelsi”nin diqqət mərkəzindədir.

Artıq hər iki klubun nümayəndələri arasında ilkin danışıqlar baş tutub. İngilislər Vlahoviçin transferi qarşılığında futbolçu və əlavə  pul vermək istəsələr də, “Yuventus” rəsmiləri buna qarşı çıxıblar. İtalyanlar “Bavariya” və Madrid “Atletiko”sunun da istədiyi serbiyalının transferi qarşılığında 75 milyon funt-sterlinq tələb edirlər.

Son mövsümdə 42 matçda meydana çıxan Duşan 14 qol və 4 assistlə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 15.06.2023

Növbəti yazı

“Barselona”dan maaş qərarı