Vlahoviç getmək istəyir
“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını A Seriyasının digər klubunda davam etdirə bilər. Serbiyalı forvard “Milan”a keçmək arzusundadır. Transferin mümkün məbləği 20 milyon avro qiymətləndirilir.
Türkiyə təmsilçilərindən “Fənərbaxça” futbolçunun xidmətində maraqlıdır.
Vlahoviçin Turin klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
25 yaşlı forvard 2024/25 mövsümündə İtaliya çempionatında “Yuventus”un heyətində 29 oyunda iştirak edib, 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.












