Vlahoviç “Böyük beşlik”də “60”a çatdı
“Yuventus” A seriyasının 33-cü turunda “Leççe” ilə qarşılaşıb. Turin klubu 2:1 hesablı qələbə qazanıb.
Qollardan birinə imza atan Duşan Vlahoviç “Böyük beşlik” liqalarında 60-cı dəfə fərqlənib. O, 2000-ci illərdə anadan olan və bunu bacaran ikinci oyunçudur.
Onadək yalnız Erlinq Haland 60 qol səddini arxada qoyub. Vlahoviç 2018/19 mövsümündən İtaliya çempionatında çıxış edir. Duşan “Fiorentina”da 98 oyunda 44, 2022-ci ilin yayında keçdiyi “Yuventus”da 39 matçda 16 qol vurub.
Qeyd edək ki, liqalarda 96 dəfə fərqlənən Haland Dortmund “Borussiya”sında 67 oyunda 62, “Mançester Siti”də 30 görüşdə 34 qol vurub.