Vlahoviçə Londondan müştəri

Vlahoviçə Londondan müştəri

“Yuventus”un futbolçusu Duşan Vlahoviç karyerasını İngiltərədə davam etdirə bilər. Serb hücumçu “Arsenal”ın maraq dairəsindədir.

23 yaşlı forvard bu təklifi yayda nəzərdən keçirəcək. Londonluların baş məşqçisi Mikel Arteta Vlahoviçi komandasında görmək istəyir.

Duşan 2022-ci ilin yanvarında “Yuventus”a keçib. O, cari mövsümün 30 oyununda 11 qol və 4 assist müəllifi olub.

Qeyd edək ki, Vlahoviçin qiyməti 75 milyon avro ilə dəyərləndirilir.

ETOPAZ

Əvvəlki yazı

Embiiddən 52 xal

Növbəti yazı

“Trabzonspor”da istefa