Virtz “Mançester Siti”nin hədəfində
“Bayer”in futbolçusu Florian Virtz komandanı tərk edə bilər. Onun xidmətində “Mançester Siti” maraqlıdır.
“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçini mövsümün sonunda klubla müqaviləsi başa çatan Kevin De Bruynenin əvəzləyicisi kimi görür.
“Mançester Siti” yayda 21 yaşlı futbolçunun keçidini həll etməyə çalışacaq.