Virtz ilk qolunu vurdu

Virtz ilk qolunu vurdu

“Liverpul”un futbolçusu Florian Virtz İngiltərə karyerasında ilk qolunu vurub. Alman yarımmüdafiəçi Premyer Liqanın 18-ci turu çərçivəsində “Vulverhempton”a (2:1) qarşı keçirilən oyunda fərqlənib.

22 yaşlı futbolçu matçın ilk hissəsində rəqib qapısına yol taparaq “Liverpul” forması ilə liqadakı ilk qoluna imza atıb.

Bu qarşılaşma Virtz üçün Premyer Liqada 17-ci oyun olub. O, bundan əvvəl çempionatda yalnız 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Qeyd edək ki, Florian Virtz cari mövsümdə “Liverpul”un heyətində bütün turnirlər üzrə 23 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

Ronaldo “956”ya çatdı

Növbəti yazı

Kutlu iki klubun hədəfində