Virtzə daha bir müştəri
“Bayer”in futbolçusu Florian Virtz komandanı tərk etməyə yaxındır. O, karyerasını İspaniyada davam etdirə bilər.
Almaniyalı futbolçunun xidmətində “Real” maraqlıdır. “Kral klubu”nun rəhbərliyi yay “transfer pəncərəsi”ndə Virtzi almağa çalışacaq. Onun transfer dəyəri 130 milyon avro olaraq qiymətləndirilir. Futbolçunun “əczaçılar”la müqaviləsi 2027-ci ilin iyununun sonunda başa çatacaq.
21 yaşlı futbolçu Almaniya çempionatının cari mövsümündə 13 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.