Virts “Liverpul”la razılığa gəldi

Virts “Liverpul”la razılığa gəldi

“Liverpul” Florian Virtslə müqavilənin detallarını razılaşdırıb. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacaq.

“Bayer”in yarımmüdafiəçisinin yeni klubunda illik məvacibi 22 milyon avro təşkil edəcək. Hələlik Leverkuzen təmsilçisi “Liverpul”un 130 milyon avroluq təklifini qəbul etməyib. Onlar bu transferdən 150 milyon avro qazanmaq arzusundadırlar. Qarşıdakı günlərdə tərəflərin ortaq məxrəcə gəlməsi gözlənilir.

Qeyd edək ki, Virts 2024/2025 mövsümündə bütün turnirlərdə 45 oyunda 16 qol və 15 ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Emin Mahmudov: “Qalib gəlməyə çalışacağıq”

Növbəti yazı

Yuriç “Atalanta”da