Virts 50-yə çatdı
“Bayer”in futbolçusu Florian Virts Bundesliqada “qol+ötürmə” sistemi ilə xal sayını 50-yə çatdırıb. Gənc yarımmüdafiəçi bu rəqəmə 20 yaş 296 günlüyündə nail olub.
O, “Mayns”la matçdakı (2:1) məhsuldar ötürmə ilə “100”ü yarılayıb. Bu, Bundesliqada 3-cü nəticədir. Ceydon Sanço 19 yaş 299 gün, Kay Haverts 20 yaş 270 günlüyündə bunu bacarıb.
“Bayer” Avropa Liqasının 1/8 finalında “Qarabağ”ın rəqibidir.