Vinus Oklend turnirində
Dünyanın sabiq birinci raketkası Vinus Uilyams Oklend turnirində iştirak edəcək. ABŞ tennisçisi bunun üçün vild card alıb.
Turnir 2023-cü il yanvarın 2-də start götürəcək. Vinus 2015-ci ildə Yeni Zelandiyada çempion titulunu qazanıb. 42 yaşlı tennisçi hazırda reytinqdə 1007-cidir. O, qarşıdakı “Australian Open”ə də vild cardla qatılacaq.