Vinus “Australian Open”də oynamayacaq
Dünyanın sabiq birinci raketkası Vinus Uilyams “Australian Open”də iştirak etməyəcək. ABŞ tennisçisi yarışa qatılmaqdan imtina etməli olub.
Buna səbəb Vinusun zədəsidir. O, vild cardla yarışa qatılmalı olsa da, “yaşıl qitə”də korta çıxa bilməyəcək.
42 yaşlı tennisçi bunadək Oklend turnirində çıxış edib. O, son ilyarımda ilk qələbəsini də burada qazanıb.
Qeyd edək ki, Avstraliyada onu yerli tennisçi Kimberli Birrell əvəzləyəcək.