Vinisiusun Kamerun əsilli olduğu müəyyənləşdi

Vinisiusun Kamerun əsilli olduğu müəyyənləşdi

Vinisius Juniorun Kamerun əsilli olduğu ortaya çıxıb. Bu, futbolçunun DNT testinə əsasən bəlli olub.

O, əcdadlarının Kamerunun Tikar tayfasından olduğunu öyrənib. 24 yaşlı hücumçuya bununla bağlı rəsmi sertifikat da təqdim olunub. Bu, DÇ-2026-nın seçmə mərhələsinin Braziliya – Uruqvay yığmaları arasındakı oyundan əvvəl reallaşıb.

Junior da Braziliya və Kamerun bayraqları ilə bəzədilmiş xüsusi köynək geyinib.

Qeyd edək ki, matç 1:1 hesabı ilə yekunlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Şamaxı”da ayrılıq

Növbəti yazı

UEFA Kosovaya texniki məğlubiyyət verdi