Vinisiusdan rekord

Vinisiusdan rekord

“Real” İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Real Sosyedad”la qarşılaşıb. Görüş Madrid təmsilçisinin cinah oyunçusu Vinisius Junior üçün əlamətdar olub.

Belə ki, o, “Sosyedad”la qarşılaşmada 2 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı futbolçu “kral klubu” ilə kubokda ümumilikdə 12 məhsuldar ötürmə edib. Bu, “Real”ın oyunçuları arasında rekord saydır.

Lakin kubokda üçüncü böyük göstəricidir. Daha əvvəl “Barselona”nın sabiq oyunçuları Jordi Alba 15, Lionel Messi isə 27 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

Dembele ilk pillədə

Növbəti yazı

AFFA nümayəndəsinə UEFA-dan təyinat