Vinisiusa yeni təklif

Vinisiusa yeni təklif

Vinisius Junior “Real Madrid”lə müqaviləsinin müddətini 2030-cu ilə qədər uzadıb. Sport.es “Kral klubu”nun illik 15 milyon avro məbləğində maaş həddini aşdığını yazıb.

24 yaşlı futbolçunun yeni müqaviləyə əsasən, ildə 20 milyon avrodan çox, lakin 30 milyondan az qazanacağı bildirilir.

Bununla Vinisius fransalı hücumçu Kilian Mbappe ilə birlikdə ən çox maaş alan futbolçusu olacaq. Vurğulanır ki, maaş limitinin pozulması “Real”ı öz siyasətinə yenidən baxmağa vadar edə bilər, çünki klubun ulduzlarının da Vinisiusdan nümunə götürərək maaş artımını istəməsi riski var.

Qeyd edək ki, Vinisiusun əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulmuşdu.

ETOPAZ

Əvvəlki yazı

Arda Turan “Şaxtyor”la razılığa gəldi

Növbəti yazı

Salah mövsümün futbolçusu seçildi