Vinisius “Real”la müqaviləni uzatmadı
Vinisius Junior mövsümün sonunda “Real”dan ayrıla bilər. Braziliyalı hücumçu İspaniya klubu ilə müqaviləni uzatmayıb.
Tərəflər anlaşma ilə bağlı razılıq əldə edə bilməyib. Onun indiki sözləşməsi 2024-cü ilin yayında başa çatacaq.
“Real” rəhbərliyi bir ildən sonra onu pulsuz buraxmamaq üçün yayda satmağı nəzərdən keçirir. Onun xidmətində PSJ, “Bavariya” və İngiltərənin bir neçə klubu maraqlıdır.