Vinisius qrup məşqlərinə döndü

Vinisius qrup məşqlərinə döndü

“Real”In hücumçusu Vinisius Junior zədəsini sağaldıb. Komandanın baş məşqçisi Karlo Ancelotti 23 yaşlı futbolçunun qrup məşqlərinə qayıtdığını bildirib.

Braziliyalı forvard La Liqanın 3-cü turunun “Selta Viqo” ilə oyununda (1:0) aldığı zədə, həmçinin qastroenterit səbəbindən avqustun 25-dən etibarən meydana çıxmayıb. Onun sentyabrın 27-də “Las Palmas”a qarşı oyun üçün heyətə daxil ediləcəyi gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

“Napoli”də dəyişiklik

Növbəti yazı

Ceko “Fənərbaxça”nın tarixinə düşdü