Vinisius klubla razılaşdı
“Real” daha bir oyunçusunu heyətində saxlayıb. “Kral klubu” cinah oyunçusu Vinisius Cunior ilə müqaviləni uzatmağa razılaşıb.
Futbolçunun yeni müqaviləsi 2028-ci ilə qədər maaşlarında ciddi artımla hesablanacaq. Gənc braziliyalının klubla hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.
Qeyd edək ki, La Liqanın cari mövsümündə Vinisius 34 matçda 17 qol vurub və 13 məhsuldar ötürmə edib. Həmçinin, braziliyalı Çempionlar Liqasının 12 oyununda da meydana çıxıb, 3 dəfə fərqlənib və 7 assistlə yadda qalıb.