Vinisius “200”ə çatdı
“Real”da yubiley yaşanıb. Komandanın ön xətt oyunçusu Vinisius Cunior “kral klubu”nda 200-cü matçını keçirib.
La Liqanın 17-ci turunun Valensiya ilə təxirə salınmış oyunu braziliyalı üçün yaddaqalan olub. O, bu müddət ərzində 49 qol vurub və 37 məhsuldar ötürmə verib.