Vinisius ən yaxşı seçildi

Vinisius ən yaxşı seçildi

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Bu ada İspaniyanın “Real” klubunun üzvü Vinisius Junior layiq görülüb.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Braziliyalı vinger səsvermədə Robert Navarronu (“Atletik Bilbao”, İspaniya), Fermin Lopesi (“Barselona”, İspaniya) və Luis Suaresi (“Sportinq”, Portuqaliya) qabaqlayıb.

Qeyd edək ki, Vinisius Junior Fransanın “Monako” klubuna qarşı 6:1 hesabı ilə qalib gəldikləri oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 23.01.2026

Növbəti yazı

”Barselona”da ciddi itki