“Vilyarreal”ın müdafiəçisi “Nottingem Forest”in hədəfində
“Nottingham Forest” növbəti transferini reallaşdırmaq niyyətindədir. İngiltərə təmsilçisi “Vilyarreal”ın müdafiəçisi Pervis Estupinyanı heyətinə qatmaq istəyir.
İspaniya klubu ekvadorlu futbolçunu 20 milyon avroya satmağa hazırdır. “Nottingem Forest” “Betis”in oyunçusu Aleks Morenonu almaqdan imtina edib və müdafiəçi axtarır.
Estupinyanın “Vilyarreal”la müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. Onun transfer dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.