“Vilyarreal”ın hücumçusu Premyer Liqa klubunun hədəfində
“Vilyarreal”ın hücumçusu Arno Qruneveld karyerasını İngiltərədə davam etdirə bilər. 25 yaşlı niderlandlı “Mançester Yunayted”in hədəfinə düşüb.
Premyer Liqa klubunun skautları Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bavariya” ilə görüşündə forvardı izləyib. Qruneveld də bu görüşdə komandasının 1:0 hesablı qələbəsini gətirən qola imza atıb. “Liverpul” da bu oyunçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, Arno cari mövsümdə 29 oyunda 14 qol vurub.