Villianla müqaviləyə xitam verildi
İngiltərənin “Arsenal” klubu daha bir futbolçu ilə yollarını ayırıb. London təmsilçisi braziliyalı yarımmüdafiəçi Villianla vidalaşıb. Onunla müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Villianın anlaşması 2023-cü ilin yayında başa çatmalı idi.
2020-ci ildə “Çelsi”ni “Arsenal”a dəyişən braziliyalı “topçular”ın heyətində 25 oyun keçirib. Onun aktivində 1 qol var.