Villian yenidən İngiltərədə
“Çelsi” və “Arsenal”ın sabiq futbolçusu Villian yenidən İngiltərəyə dönüb. O, karyerasını “Fulhem”də davam etdirəcək.
Braziliyalı yeni klubu ilə müqavilə imzalamadan öncə tibbi müayinədən keçib. Villian “Korintians”la müqaviləsi başa çatdıqdan sonra azad agent olaraq Premyer Liqa təmsilçisi ilə anlaşıb.