Villaş-Boaş “Beşiktaş”ın təklifini qəbul etmədi
Andre Villaş-Boaş “Beşiktaş”ı çalışdırmaqdan imtina edib. Türkiyə klubu “Çelsi”nin sabiq baş məşqçisinə təklif göndərsə də, portuqaliyalı mütəxəssis bu vəzifəni tutmağa razı olmayıb.
44 yaşlı mütəxəssisi İstanbul təmsilçisinin layihəsi qane etməyib. Sərgən Yalçını istefaya göndərən “Beşiktaş” digər namizədlər arasında seçim etməli olacaq.