Viktor Mozes “Kaysar”da
“Çelsi”nin sabiq üzvü Viktor Mozes karyerasını Qazaxıstanda davam etdirəcək. Nigeriyalı vinger “Kaysar” klubuna transfer olunub.
Bu barədə Qazaxıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçu 2026-cı ilin sonuna qədər “Kaysar”ın formasını geyinəcək.
Qeyd edək ki, Viktor Mozes karyerası ərzində “İnter”, “Çelsi”, “Fənərbaxça”, “Vest Hem” və “Spartak” kimi klubların şərəfini qoruyub.












