Vieyra ilə bağlı araşdırmalar başladı

Vieyra ilə bağlı araşdırmalar başladı

İngiltərə polisi “Kristal Pelas”ın baş məşqçisi Patrik Vieyra ilə bağlı araşdırmaya başlayıb. Buna səbəb fransalı mütəxəssisin azarkeşlə arasında yaşanan insident olub.

O, Premyer Liqanın XXXIII turundan “Everton”la təxirə salınmış oyunda liverpullu fanatlardan birini təpiklə vurub. Mersisaydlılar əzmkar qələbə ilə (3:2) elitadakı yerini təmin təmin edib. Qalibiyyət qolunun ardından azarkeşlər meydançaya axın ediblər və onlardan biri Vieyraya acıq verməyə çalışıb. Buna qəzəblənən çalışdırıcı ona xətər yetirib. 

Yerli polis bəyanatında hadisə ilə bağlı bunları yayıb: “Bütün görüntüləri toplamaq və şahidlərlə danışmaq üçün “Everton” klubu ilə əlaqə saxladıq. Heç bir rəsmi şikayət daxil olmayıb və insidentlə bağlı araşdırma davam edir”.

Qeyd edək ki, “Kristal Pelas” sona bir tur qalmış 45 xalla 13-cü pillədə qərarlaşıb. “Everton” isə 39 xalla 16-cı yerdədir.
 

ETOPAZ

Əvvəlki yazı

“Real” və “Betis”də itkilər

Növbəti yazı

Superkubokun yeri dəyişdirilir