Vialli “Sampdoriya”nın prezidenti olur

Vialli “Sampdoriya”nın prezidenti olur

İtaliya “Sampdoriya”sının prezidenti postuna əsas namizəd bəlli olub. Klubun və İtaliya yığmasının sabiq futbolçusu Canluka Vialli bu vəzifəni tuta bilər.

O, maliyyə cinayətləri üzündən həbs olunan və artıq klubun prezidenti vəzifəsini tərk edən Massimo Ferreronu əvəzləməyə namizəd sayılır. Genuya təmsilçisini almaqla bağlı danışıqlar aparan “Dinan-Vialli group”un yaxın müddətdə klubun sahibi olacağı gözlənilir. 1984-92-ci illərdə “Sampdoriya”nın formasını geyinən Viallinin sahibi olduğu şirkət alqı-satqını reallaşdırdıqdan sonra futbol veteranı kluba rəhbərlik edəcək.

ETOPAZ

Əvvəlki yazı

Joao Feliks “Atletiko”dan gedir

Növbəti yazı

Çalhanoğlu A seriyasında ən yaxşı seçildi