Veysəl Rzayevin cəzası bəlli oldu
“Turan Tovuz”un futbolçusu Veysəl Rzayevin cəzası bəlli olub. Onunla bağlı qərarı AFFA-nın İntizam Komitəsi verib.
Qurum Veysəlin Misli Premyer Liqasında XXIX turunun “Səbail”lə səfər matçından sonrakı davranışını müzakirə edib. Qarşılaşma bitdikdən sonra azarkeşi vurmağa cəhd edən Rzayev 1-i şərti olmaqla 2 oyun cəzalandırılıb. Sınaq müddəti 3 ay təyin edilib. “Turan Tovuz” 2000 manat cərimələnib.