Veysəl Rzayev “Kəpəz”də

Veysəl Rzayev “Kəpəz”də

“Kəpəz” Veysəl Rzayevin transferini açıqlayıb. Rzayev qış fasiləsində Gəncə təmsilçisinin ilk transferi olub.

23 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu mövsümün ilk yarısını “Turan Tovuz”da keçirib. O, bu müddət ərzində Premyer Liqada meydana çıxdığı 3 oyunda 1 qol vurub. V.Rzayev ölkə kubokunda 2 matç keçirib və 1 dəfə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

“Qəbələ”dən növbəti transfer

Növbəti yazı

Falkaonun yeni komandası müəyyənləşdi