“Vest Hem”in səhmlərinin 27 faizi satıldı
İngiltərənin “Vest Hem” klubunun səhmlərinin 27 faizi satılıb. Bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.
London klubunun sahibliyində bu paya Çexiyanın “1890s holdings” investisiya qrupu yiyələnib. Qrupun rəhbəri, milyarder Daniel Krşetinski və onun iş tərəfdaşı Pavel Horski klubun direktorlar şurasına daxil olub.
Qeyd edək ki, Premyer Liqanın 11 turundan sonra 23 xala malik “Vest Hem” 3-cü pillədə qərarlaşıb.