“Vest Hem”in hücumçusu “Milan” yolunda
“Vest Hem”in hücumçusu Niklas Füllkruq komandanı tərk edə bilər. O, karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
“Milan” almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
“Rossoneri” Füllkruqu satınalma bəndi ilə icarəyə götürmək üçün İngiltərə klubuna təklif göndərib. Tərəflərin anlaşma əldə etməyə yaxın olduğu bildirilir.
Qeyd edək ki, Niklas Füllkruq bu mövsüm “Vest Hem”in heyətində 9 rəsmi matçda meydana çıxıb.










