“Vest Hem”in futbolçusu qəzaya uğradı
“Vest Hem”in yarımmüdafiəçisi Manuel Lanzini qəzaya uğrayıb. O, məşqə gedərkən avtomobili ilə ağaca çırpılıb.
Qeyd olunur ki, futbolçunun olduğu avtomobili sürücü idarə edib. Lanzini zədə almayıb. O, hadisə yerinə gələn həkimlər tərəfindən müayinə olunub.
29 yaşlı Lanzini bu mövsüm “Vest Hem”in heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.