“Vest Hem”in baş məşqçisi bəlli oldu
“Vest Hem”in yeni baş məşqçisi müəyyənləşib. Premyer Liqa təmsilçisi Nunu Eşpiritu Santu ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Vest Hem” Qrem Potterlə yollarını ayırıb. Nunu Eşpiritu Santunun son iş yeri isə “Nottingem Forest” olub.












