“Vest Hem”dən unikal göstərici

“Vest Hem”dən unikal göstərici

“Vest Hem” 2022/23 mövsümünü qeyri-adi göstərici ilə tamamlayıb. Devid Moyesin yetirmələri mövsüm ərzində avrokuboklarda çempionatdakından daha çox qələbə qazanıb.

London klubu belə unikal nəticəyə imza atan ilk İngiltərə təmsilçisidir. Konfrans Liqasının finalında “Fiorentina”ya 2:1 hesabı ilə qalib gələn “Vest Hem” turnirin əsas mərhələsindəki 13-cü matçında 12-ci qələbəsini qazanıb. Premyer Liqanın 38 turunda londonlular cəmi 11 dəfə qalib gəlib.

Qeyd edək ki, “Vest Hem” növbəti mövsümdə Avropa Liqasında oynayacaq.

e-Topaz

Əvvəlki yazı

“Denver”dən səfər qələbəsi

Növbəti yazı

Neymar ”Barselona”nın hədəfində