“Vest Hem”dən səfər qələbəsi
Konfrans Liqasında 1/8 final mərhələsinin oyunları keçirilir. Bu gün 3 qarşılaşma baş tutub.
“Vest Hem” AEK-in qonağı olub. Görüş ingiltərəlilərin qələbəsi ilə nəticələnib – 2:0.
“Anderlext” “Vilyarreal”ı qəbul edib. 2 qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 1:1.
“Şerif” isə “Nitsa” ilə qarşılaşıb. Fransalılar minimalhesablı qələbə qazanıb – 1:0.