“Vest Hem” Van-Bissaka transferini bitirir
“Vest Hem” heyətini gücləndirmək niyyətindədir. Klub Aaron Van-Bissakanı rənglərinə bağlamağa yaxındır.
“Çəkiclilər” futbolçunu transfer etmək üçün “Mançester Yunayted”lə danışıqlar aparır. Birmingemlilər 26 yaşlı oyunçunu təxminən 15 milyon funta (17,7 milyon avro) almaq istəyir.
Van-Bisakanın “Mançester Yunayted”lə müqaviləsinin bitməsinə 1 il qalıb. O, 2019-cu ildən bu klubda çıxış edir.