”Vest Hem” Kudusu istəyir
“Ayaks”da ayrılıq yaşana bilər. Komandanın yarımmüdafiəçisi Məhəmməd Kudusun karyerasını “Vest Hem”də davam etdirmək ehtimalı var.
Londonlular 23 yaşlı qanalı ilə danışıqların yeni mərhələsinə keçmək niyyətindədirlər. Futbolçunu razı saldıqdan sonra ”çəkicçilər” rəsmi rəklif verməyə hazırlaşacaq.