“Vest Hem” Konfrans Liqasının qalibi oldu
Konfrans Liqasında mövsümə yekun vurulub. Final matçında ”Fiorentina” ”Vest Hem”lə qarşılaşıb.
Görüş qarşılıqlı hücumlarla başlayıb. İlk hissədə hesab açılmayıb. 62-ci dəqiqədə Səid Benrahma ingiltərəliləri önə keçirib. Lakin italiyalıların cavabı gecikməyib. Cakomo Bonaventura oyuna bərabərlik gətirib – 1:1. Matçda son nöqtəni 90-cı dəqiqədə Carod Braun qoyub – 2:1.
Bununla da, ”Vest Hem” ilk titulunu qazanıb.