Verrattiyə daha 2 müştəri
PSJ-nin yarımmüdafiəçisi Marko Verratti komandanı tərk etməyə yaxındır. Daha 2 klub onun üçün mübarizəyə qoşulub.
“Mançester Yunayted” və “Bavariya” futbolçunun xidmətində maraqlıdır. İtaliyalı PSJ-nin baş məşqçisi Luis Enrikenin bu mövsüm üçün planlarına daxil edilməyib və bu səbəbdən Liqa 1-in ilk iki turunda iştirak edəcək heyətə düşməyib.