Verratti yenə oynamayacaq

Verratti yenə oynamayacaq

PSJ Liqa1-in 31-ci turunun “Lans”la oyununa itki ilə çıxacaq. Marko Verratti bu gün keçiriləcək matçı buraxacaq.

30 yaşlı yarımmüdafiəçi görüşün protokoluna daxil edilməyib. Buna italiyalının zədə ilə bağlı problemi səbəb olub.

Marko komandasının yeganə itkisi deyil. Neymar, Presnel Kimpembe, Nordi Mukiele və Renatu Sançeş də matçı buraxacaq.

Qeyd edək ki, bugünkü qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

“Mayami” və “Minnesota” pley-offda

Növbəti yazı

Azərbaycan idmançıları İrəvanı tərk etdi