Verratti Səudiyyə Ərəbistanı yolunda
Marko Verratti karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır. İtaliyalı yarımmüdafiəçi “Əl-Hilal”la anlaşıb.
Tərəflər 3 illik müqaviləni razılaşdırıb. Transfer baş tutsa, Verratti ildə 48 milyon avro qazanacaq.
30 yaşlı futbolçunun keçidi üçün “Əl-Hilal”la PSJ arasında razılıq əldə olunmalıdır. Asiyalılar bunun üçün 50 milyon avro ödəməyə razıdır.
Qeyd edək ki, “Əl-Hilal” bu yay Ruben Neveş, Sergey Milinkoviç-Saviç və Kalidu Kulibali kimi ulduzları heyətinə qatıb.