Verratti PSJ-dən gedir
Marko Verratti PSJ-dən getməyə qərar verib. Ötən ilin dekabrında müqaviləni uzadan 30 yaşlı yarımmüdafiəçi “Monako”ya iki ay əvvəlki məğlubiyyətdən sonra komandada qalmaq istəmir.
O, buradakı ab-havadan narazıdır. Klub rəhbərliyi onun getməsini istəmir.
Marko Səudiyyə Ərəbistanından təkliflər alıb. “İnter Mayami” də onun xidmətində maraqlıdır.
Qeyd edək ki, italiyalı cari mövsüm Liqa1-də 24 oyun keçirib.