Verratti PSJ-də qalacaq
Marko Verrattinin PSJ-dəki durumuna aydınlıq gəlib. Klub onunla yeni müqavilə imzalayacaq.
30 yaşlı italiyalı ilə yeni anlaşma 2026-cı ilə qədər qüvvədə olacaq. Onun maaşı mövsümə 11 milyon avroya yüksələcək. Sözləşmə 2022-ci ilin sonuna qədər rəsmi olaraq elan ediləcək.