Verratti cəzalandı
PSJ-nin futbolçusu Marko Verratti üç oyunluq cəzalandırılıb. Qarşıdakı iki matçı buraxacaq yarımmüdafiəçinin dsikvalifikasiyasının bir oyunu şərtidir.
O, Liqa1-in “Reyms”lə (1:1) görüşündəki birbaşa qırmızı vərəqə səbəbindən cəza alıb. Artıq “Monpelye” ilə matçı (3:1) buraxan Marko “Tuluza” ilə sabahkı dueldə də olmayacaq. O, kubokun 1/8 finalında iştirak edə bilər.
Qeyd edək ki, fevralın 8-dəki 1/8 final qarşılaşmasında “Marsel”lə üz-üzə gələcək.