Verratti “Əl Əhli” ilə danışıqlar aparmayıb
PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin “Əl Əhli” yolunda olduğu ilə bağlı xəbərlər yayılıb. Lakin futbolçu həmin klubla danışıqlar aparmayıb.
İtaliyalının danışıqlar apardığı yeganə klub “Əl Hilal”dır. O, avqustun əvvəlində bu komanda ilə müqavilənin şərtlərini razılaşdırıb.