“Verona”nın yarımmüdafiəçisi “Tottenhem” yolunda

“Verona”nın yarımmüdafiəçisi “Tottenhem” yolunda

“Verona”nın yarımmüdafiəçisi Antonin Barak karyerasını Premyer Liqada davam etdirə bilər. Onunla “Tottenhem” yaxından maraqlanır.

27 yaşlı futbolçunu Bundesliqa və A Seriyası klubları da heyətinə cəlb etmək istəyir. Onun klubla müqaviləsi 2024-cü ildə başa çatır.

Qeyd edək ki, Barak “Verona”ya 2021-ci ilin yayında “Udineze”dən keçib. Çexiyalı yarımmüdafiəçi bu mövsüm “Verona”nın heyətində bütün yarışlarda 30 oyunda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

Braun “Sakramento”nun baş məşqçisi olacaq

Növbəti yazı

“Barselona” Bernardonu istəyir