Verner MLS yolunda
“Leypsiq”in hücumçusu Timo Verner karyerasını MLS-də davam etdirəcək. Futbolçu “San-Xose Ertveyks”lə anlaşıb.
O, ABŞ klubu ilə 2 illik müqavilə imzalayacaq.
Verner bu mövsüm “Leypsiq”də üç oyun keçirib, lakin qol vura bilməyib.
O, əvvəllər “Ştuttqart”, “Çelsi” və “Tottenhem” klublarında da çıxış edib. 29 yaşlı forvardın Almaniya klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.












